Aydın Mirzəadənin saxta yolla seçildiyi dairə ləğv edilə bilər – MSK QƏRAR VERDİ – RƏSMİ (FOTO+VİDEOLAR)

OXUNUB: 6008 index-manşet HADİSƏ

YeniÇağ xəbər verir ki, iclasda 47 Saylı Mingəçevir Seçki Dairəsi, 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki Dairəsi, , 60 Saylı Salyan-Neftçala Seçki Dairəsi, 107 saylı Qazax Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı da qərar verilib.

Həmçinin, 42 Sumqayıt İkinci Seçki Dairəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsi ilə bağlı şikayətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə üzrə daxil olan şikayətlərə baxılıb.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. Seçkilərdə ən çox və açıq saxtakarlıq 47 Saylı Mingəçevir Seçki Dairəsində videofaktlarla sosial şəbəkələrdə yayıldı. Sonra bu faktlar rəsmi şəkildə Mərkəzi Seçki Kommisiyasına təqdim olundu. Məsələ burasındadır ki, 47 Saylı Mingəçevir Seçki Dairəsinin 9, 10, 15, 17, 21, 24, 25 və 28 saylı məntəqələrində açıq şəkildə cinayət hadisələri törədilib və Aydın Mirzəzadənin adına öncədən işarələnmiş bülletenlər digər bülletenlərlə qarışdılıb. Yalnız bundan sonra Aydın Mirzəzadə çox cuzi fərqlə rəqibini keçib. Hal-hazırda Mingəçevirdə daha bir cinayət hadisəsi törədilir. Belə ki, Mingəçevir şəhər icra hakimiyyətinin baş məsləhətçisi Elşən Əliyev rəsmi dövlət qurumlarında çalışan şəxsləri məcburən ərziə yazmağa sövq edir. Məlumat üçün qeyd edək ki, Elşən Əliyevin atası bu seçkiləri biabır edərək qutuya topa bülleten atan 21 Saylı məntəqə üzvü Mahir Eyyubovun sədridir. Gümün edilir ki, Aydın Mirzəzadəyə görə şəhərdə mövcud olan ağır siyasi-sosial duruma aidiyyatı qurumlar müdaxilə edəcək və xalqın mövqeyi ədalətli qərarda öz əksini tapacaqdır.

Məlumat üçün qeyd edək ki, 123 YAP namizədi arasında xalq tərəfindən ən çox təhqir edilib, qovulan namizəd Aydın Mirzəzadə və Hadı Rəcəbli oldu. Aydın Mirzəzadə YAP namizədləri arasında ən az səs topladı və saxta yola əl atmasına baxmayaraq rəqibini cuzi fərqlə udmağı bacardı.








RƏYLƏR