Aydın Mirzəzadəni saxta yolla seçən DSK sədrinin oğlu Mikayıl Cabbarovun regional rəisi imiş – TƏFƏRRÜAT

OXUNUB: 1509 GÜNDƏM Özəl Seçilmiş index-manşet

9 fevral tarixində Azərbaycanda növbəti parlament seçkiləri baş tutub. Ölkədə baş verən ictimai-siyasi proseslərin fonunda parlamentin buraxılması xalq üçün mühüm yeniliklər vəd edirdi.

Teleqraf.info bildirir ki, YAP namizədləri arasında isə ən çox Aydın Mirzəzadə və Hadı Rəcəbli əhali tərəfindən təhqir olunaraq qovuldu. Aydın Mirzəzadədə isə vəziyyət daha faicəli və acınacaqlı idi.20 ildir Mingəçevirdən deputat olan A.Mirzəzadəni şəhər əhalisi yararsız adam kimi tanıyırlar. Məh buna görə 123 YAP namizədi arasında Aydın Mirzəzadə ən son yerdə qərarlaşır və rəqibini cəmi 2-3 faiz fərqlə "uda” bilir. Bundan başqa o, bir neçə iş adamını aldadaraq pulunu mənimsəyib. Əhali arasında nüfuzu olmayan bir insanın deputat seçilməsi ancaq rüşvət müqabilində mümkün ola bilərdi.

Jurnlist Elçin Həsənzadənin sosial şəbəkə yazdıqlarından aydın olur ki, 47 Saylı DSK-nın sədri Oktay Məmmədov bu "ləyaqətsiz" missiyanı öz üzərinə götürərək həm cinayətə imza atır, həm də ölkə başçısının siyasətini, nüfuzu şəhər əhalisi arasında heçə endirmiş olur.

Məlumata görə DSK sədri Oktay Məmmədov Mirzəzadədən 2 çayxana yeri və 30 min manat rüşvət alır və missiyasını yerinə yetirir. Bundan başqa 47 Saylı Dairə Seçki Komissiyasının katibi Zabul Əmrahov da seçkiöncəsi öz payını alıb. Z.Əmrahov da bu "missiyanı" yerinə yetirir və Aydın Mirzəzadədən 15 min manat rüşvət alır.

Digər məntəqələrdən isə yalnız maxinasiya edənlər öz mükafatını alır. Bütövlükdə 20-yə yaxın məntəqə sədri və üzvü bu prosesdə ənənəvi "şirinliklərini” almadıqları da dəqiq məlumatlar arasındadır. Bütün bunlar dəqiq məlumatlar olduğundan DSK sədrinin və katibinin həbs olunacağı istisna edilmir.

Saytımızın əldə etdiyi daha bir məlumat üçün olduqca vacib və önəmlidir. Aydın Mirzəzadəni 2 çayxana və 30 min manat müqabilində, saxta yolla seçən DSK sədrinin oğlu Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin rəis əvəzi Fərid Məmmədov imiş. Məlumatda qeyd olunur ki, atasının Mirzəzadədən aldığı iki obyekt əslində Fərid Məmmədovun imiş. Bu obyektlərin sənədləşməsində, daha doğrusu, özəlləşməsində ciddi problemlər olduğundan Aydın Mirzəzadə bu "ağır yükü” öz üzərinə götürür. Eyni zamanda, o da qeyd olunur ki, Fərid Məmmədov hələ rəis əvəzi kimi regionda ciddi maxinasiyalar həyata keçirərək külli miqdarda vəsait mənimsəyib. Onun, eyni zamanda, KOB xətti ilə bir neçə sahibkardan rüşvət aldığı da iddialar sırasındadır. Bu məlumatları dəqiqləşdirdikdən sonra növbəti yazımızda dərc edəcəyik.

 

RƏYLƏR