Ayətullah Xamenei ABŞ-a xəbərdarlıq edib: “Bizi vursanız, vurulursunuz”

OXUNUB: 617 DÜNYA
İranın ali dini lideri, Ayətullah Əli Xamnenei ABŞ-a xəbərdarlıq edib.
 
BNEWS.az-ın İran mətbuatına istinadən məlumatına görə, dünən Ayətullah Xamenei Tehranda 1 May - "Beynəlxalq Zəhmətkeşlər Bayramı” günü ilə bağlı keçirilən tədbirdə çıxış edərək, bazar günü Suriyada İranın hərbi bazasına hücum edilməsi və burada çoxsaylı İran hərbi qulluqçuların həlak olmasına münasibət bildirib.
 
Tədbirdə Ayətullah Xamenei ABŞ və onun müttəfiqlərini xəbərdarlıq edib: "Bizi vursanız, vurulursunuz”.

İranın müxtəlif şəhərlərindən gəlmiş minlərlə işçiyə səslənən A.Xamenei söyləyib ki, ABŞ, bölgəmizdə yeni müharibə ocağını yaratmaq üçün Səudiyyə Ərəbistanını buna təhrik edir. Niyə onlar sionistleri müharibəyə təhrik etmirlər? Çünki onlar müsəlmanların müsəlmanlara qarşı müharibə etməsini istəyirlər”, - deyə o, əlavə edib.
 
Qeyd edək ki, Suriyanın Hama və Hələb bölgəsindəki 47-ci briqadası İsrail rejimi və ABŞ qüvvələrinin raket hücumuna məruz qalıb.
 
İcmal.Az

RƏYLƏR