Ayı ilə 40 dəqiqə boğuşdu və... - VİDEO

OXUNUB: 1057 DÜNYA

Türkiyənin Giresun əyalətində baş verən hadisə hollivud aktyoru Leonardo Di Kaprionun "Oskar" mükafatlı alan "Diriliş" filmini xatırladıb.

İcmal.Az xəbər verir ki, əyalətdə yaşayan Şərif Tokmak adlı kişi göbələk yığmaq üçün evdən çıxıb.

Meşədə ayı və 3 balası ilə qarşı-qarşıya gələn kişi nə edəcəyini bilməyib. Gözlənilmədən ayının hücumuna məruz qalan kişi ağır xəsarətlər alıb.

Şərif Tokmağın sözlərinə görə, 40 dəqiqə ayı ilə güləşib. Canını güc-bəla qurtaran Şərif kişi xəstəxanada müalicəsini davam etdirir.//publika

RƏYLƏR