"Ayı" ləqəbli fanklub rəhbəri öldürüldü

OXUNUB: 848 İDMAN

Argentinanın nəhəng klublarından "Boka Xuniors”un azarkeş fanklubunun rəhbəri olan Qustavo Adolfo Pereyra öldürülüb.

Bu barədə məlumatı Argentina mətbuatı yayıb. "Ayı” ləqəbli fanat evində öldürülüb. Ona odlu silahdan 7 dəfə atəş açılıb. Şahidlər evdən iki nəfərin çıxdığını gördüklərini bildiriblər.

Azarkeşin hadisə vaxtı mətbəxdə olan anası onu tez xəstəxanaya çatdırsa da, 49 yaşlı fanatı xilas etmək mümkün olmayıb.

Yerli polis qətli narkotik alverçilərinin törətdiyindən şübhələnir./publika

İcmal.Az

RƏYLƏR