Aynur Camal öz saytında İlham Əliyevin əleyhinə yazdırdı - HEYDƏROVUN SİFARİŞİ İLƏ

OXUNUB: 701 HADİSƏ
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən maliyyələşdirildiyi iddia olunan axar.az saytının ərəb dili bölümündə dərc olunan yazıda Prezident İlham Əliyev xəyanət və qorxaqlıqda ittiham olunub.
 7News.Az aztoday.az-a istinadla xəbər veririk ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz "facebook”da paylaşım edib.
Sayman Aruzun yazdığına görə, məqalədə İlham Əliyevin Qarabağı geri almaq fikrinin olmadığı və Rusiya ilə Azərbaycan hakimiyyəti arasında hansısa alverin getdiyi vurğulanıb.
Qeyd edək ki, Sayman Aruzun sosial şəbəkədə paylaşımından sonra sözügedən məqalə saytdan çıxarılıb. Saytda dərc olunan məqalənin məqsədli şəkildə Prezident İlham Əliyevə qarşı təxribat olub-olmadığı bilinmir.
Sayman Aruzun paylaşımının görüntülərini təqdim edirik:

RƏYLƏR