Aysel Şükürovanın yalanı — ÜZƏ ÇIXDI

OXUNUB: 1988 SOSİAL
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videoblogger Aysel Şükürovanın "Lider" telekanalında aparıcılığa başlayacağıyla bağlı xəbər yalan çıxıb.


Bu barədə "Ölkə.Az"-a telekanalın direktor müavini Lamiyyə Ələkbərqızı bildirib. Onun sözlərinə görə, Şükürovanın sosial şəbəkədə yazdıqları yalandır:

"Bizim o adda aparıcımız yoxdur və elə bir şəxsi telekanala dəvət etməmişik. Ümumiyyətlə, elə bir insanı tanımırıq".

Qeyd edək ki, 400 minlik toyu ilə gündəmə gələn A.Şükürova sosial şəbəkədə "Lider" telekanalında veriliş açacağıyla bağlı status yazıb.
 
 
İcmal.Az

RƏYLƏR