Aytənlə Elvinə niyə ev verilməyib?

OXUNUB: 768 SOSİAL

Dünəndən jurnalistlər üçün tikilən 2-ci binada ev sahibi olan 255 media nümayəndəsi sosial şəbəkələrdə sevinclərini bölüşürlər.

 Onlar İlham Əliyevə təşəkkür edərək göstərilən diqqəti yüksək qiymətləndiriblər. Eyni zamanda, ev ala bilməyən jurnalistlər də fikirlərini bölüşüblər.

Onlardan bəziləri həmkarlarının mükafatlandırılmasına sevinsələr də, bir neçəsi narazılıq edərək bəyanatla çıxış edib. Həmin jurnalistlərdən biri "Space TV”nin əməkdaşı Elvin Basqallı, digər isə ATV-nin əməkdaşı Aytən Səfərovadır.

KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyadan verilən məlumata görə, hər iki jurnalistin müraciəti araşdırılıb və məlum olub ki, E.Basqallının təcrübəsi 7 il olduğu üçün kriteriyalara uyğun gəlməyib, A.Səfərovanın isə mənzil şəraitinin yaxşı olduğu aşkarlanıb: "Bu səbədən hər iki jurnalistə müsbət cavab verilməyib", - deyə komissiyadan bildirilib./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR