Azad Rəhimova WBC-nin çempion kəməri hədiyyə olundu

OXUNUB: 836 İDMAN

Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova çempion kəməri hədiyyə edib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, xüsusi mükafatı WBC-nin Bakıda işinə başlayan 55-ci Konvensiyası zamanı məşhur boksçular - Vitali Kliçko və Evander Holifild təqdim ediblər.

Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən çox qonağın qatıldığı Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.

 

RƏYLƏR