AZAL-da qanunsuzluq: 3 nəfər işdən çıxarıldı

OXUNUB: 538 SOSİAL
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.

Bununla bağlı məlumatı AZAL yayıb.

Bildirilir ki, qurum bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyir.

Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderlərin məlumatlarını yaymışdı. Nazilə Muradova adlı şəxs özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.
 
İcmal.Az

RƏYLƏR