Azanın müxtəlif vaxtlarda səsləndirilməsi ilə bağlı - XƏBƏRDARLIQ

OXUNUB: 618 SOSİAL

Ramazan ayında azanlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fitvası var, bütün məscidlər bu fitvaya əməl etməlidir.

İcmal.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu fitva ilə bərabər, QMİ-də bununla bağlı rəsmi olaraq təsdiq olunmuş təqvim var:

"Bu təqvim Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək.

Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Belə hallar təkrarlanarsa, ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunaraq, onların cərimələnməsi də var”.

İcmal.Az

RƏYLƏR