Azarkeş arvadını mərcdə uduzdu

OXUNUB: 839 İDMAN

Tanzaniyadan olan "Mançester Siti”nin azarkeşi Amani Stenli "Mançester Yunayted”lə oyunda həyat yoldaşını mərcdə komandasının qələbəsinə qoyub və uduzub.

İcmal.Az-ın "The Sun” nəşrinə istinadən məlumatına görə, fanat öz dostu, "qırmızı şeytanlar”ın azarkeşi ŞillaToni ilə mərcə girib.

Onların imzaladığı müqavilədə bildirilib ki, Stenli "Siti”nin qələbə qazanmayacağı təqdirdə həyat yoldaşını bir həftəlik dostuna verəcək. O qeyd edib ki, müqaviləni imzaladığı vaxt anlaqlı olub.

Aprelin 7-də keçirilən matçın 30-cu dəqiqəsində "Siti” hesabda 2:0 öndə idi. Lakin ikinci hissədə Pol Poqba dubla imza atıb və hesabı bərabərləşdirib, Kris Smollinqin dəqiq zərbəsi isə "Mançester Yunayted”ə qələbə qazandırıb.

Məğlubiyyətə baxmayaraq, şəhərlilər turnir cədvəlinə liderlik edirlər. "Qırmızı şeytanlar” onlardan 13 xal geri qalır və ikinci pillədə qərarlaşıb.

 

İcmal.Az

RƏYLƏR