Azarkeşlər məğlubiyyətin acığını hakimdən çıxdılar - FOTO/VİDEO

OXUNUB: 826 İDMAN

Argentinalı azarkeşlər komandalarının penalti qolu ilə məğlub olmasının acığını matçın hakimindən çıxıb.

Federal Turnirin yarımfinalında qarşılaşan "Yuventud de Perqamino” komandası "İndependiente”ni qonaq edib.

1-0 hesabı ilə ev sahiblərinin məyus olduğu matçdan sonra "Perqamino”nun turnirdən ələnməsini həzm edə bilməyən azarkeşləri meydançaya daxil olub və hakimi ölümcül döyüblər. Ağır dərəcəli xəsarətlər alan hakim özünü soyunma otağına atıb. Lakin azarkeşlər burada da ondan əl çəkməyiblər. Polis təcili yardımla xəstəxanaya aparılan hakimi döyənlər haqqında istintaq əməliyyatına başlayıb./publika

İcmal.Az

RƏYLƏR