Azay Quliyev ATƏT PA tədbirində Azərbaycan təcrübəsinə diqqət yönəldəcək

OXUNUB: 949 SİYASƏT
Milli Məclisin deputatı, ATƏT PA-nın sədr müavini və Büro üzvü Azay Quliyevlə deputat Tahir Mirkişili milli azlıqlara dair tədbirdə iştirak etmək üçün mayın 28-dən Avstriyanın  Fillax şəhərində səfərdə olacaqlar. Bu barədə Milli Məclisin Mətbuat xidməti məlumat yayıb. 
 
Məlumatda deyilir ki, ATƏT Parlament Assambleyası ilə Avstriya Parlamentinin birgə təşkil etdiyi tədbiri ATƏT PA-nın sədri xanım Kristine Muttonen  açacaq. Sessiyalarda "Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı”, "Balkanlardakı barışın beynəlxalq perspektivləri” müzakirə olunacaq, Avstriyanın Karintiya vilayətinin timsalında "Bir birimizdən öyrənək” mövzusunda təcrübə mübadiləsi aparılacaq. 
 
Deputatlarımız müzakirə olunan məsələlərə münasibət bildirərkən Azərbaycanın təcrübəsinə diqqət yönəldəcək, ölkəmizdə milli azlıqlara yaradılan şəraitdən və xalqımızın tolerantlığından da bəhs edəcəklər.
 
  
İcmal.Az

RƏYLƏR