Azay Quliyev bələdiyyə sədrləri ilə bağlı TƏKLİF VERDİ

OXUNUB: 628 İQTİSADİYYAT
Milli Məclisin bugünkü plenar iclasında deputat Azay Quliyev bələdiyyələrin borclarının yığılıb qalması məsələsinə toxunub. Modern.az xəbər verir ki, deputat bu məsələdə ciddi problem olduğunu deyib.

"Ümumilikdə hesabatda bələdiyyənin borclarının qeyd olunması yaxşı olardı. Eyni zamanda aktları ləğv edilmiş bələdiyyələrin də konkret adları hesabata salınsa, yaxşı olar. Həmçinin bu bələdiyyələrlə bağlı görülən hüquqi tədbirlər də hesabatda göstərilməlidir. Yeni seçilən bələdiyyə üzvləri vətəndaşların inam və etibarını qazanmağı bacarmalıdır ki, insanlar vergiləri ödəsinlər”.

Azay Quliyevin sözlərinə görə, bələdiyyələrin hesabatları həm elektronlaşmalı, həm də kifayət qədər əlçatan olmalıdır:

"Bundan başqa, bu gün bələdiyyələrin müstəqil gəlir əldə etmək qaynaqları yaradılmalıdır. Bu da bələdiyyələrin sosial problemlərinin həllində mühüm rol oynayacaq. Hesab edirəm ki, gələcəkdə bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq. Bakı bələdiyyələrinin mülkiyyətində olan torpaqların sərhədlərinin dəqiqləşməsinə də ehtiyac var”.

RƏYLƏR