Azay Quliyev yenidən və yekdilliklə ATƏT PA-nın 2022-ci ilədək vitse-prezidenti seçilib

OXUNUB: 530 SİYASƏT

Bu dəqiqələrdə Lüksemburqda keçirilən ATƏT PA-nın yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib. 7NEWS.az xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə 2022-ci ilədək bu vəzifəyə seçilib.

Səsvermənin nəticələri ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövlətinin beynəlxalq arenada qazandığı böyük nüfuzun daha bir göstəricisidir.


RƏYLƏR