Azər Həsrət: “Məncə baş qoşmağa dəyməz”

OXUNUB: 657 SİYASƏT
"Adı üstündə - Jirinovskidir bu. Bu adamın ağzından çıxanı qulağı duymaz. Ona görə də belə əcaib-qəraib fikirlər səsləndirir. Bu adam o qədər qeyri-ciddi birisidir ki, onun sözlərinə əhəmiyyət verməyə belə dəyməz”.
 
BNEWS.az xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Rusiyanın qalmaqallı siyasətçisi Vladimir Jirinovskinin "İrəvan Qərbi Ermənistanın onlara verilməsi qarşılığında ABŞ-a yardım edəcək. Kürdlər və ermənilərin vasitəsilə onlar 10-15 il sonra Türkiyəni parçalayacaqlar” fikrinə münasibət bildirərkən belə deyib.
 
O, qeyd edib ki, sadəcə olaraq Jirinovski belə fikirlər səsləndirməklə orijinallıq etmək istəyir: "Amma hər zamankı kimi siyasətdə piyada olduğunu göstərir. Çünki onun "Qərbi Ermənistan" dediyi Türkiyə torpaqlarında ermənilərin yaşamadığını nəzərdən qaçırır. O torpaqlarda türklər yaşayır və təbii ki, oranın əhalisi Türkiyədən qopub Ermənistan kimi psevdo-dövlətə birləşmək haqqında heç vaxt düşünə bilməz. Jinirnovskinin fikri sadəcə növbəti cəfəngiyyatdır. Məncə baş qoşmağa dəyməz”.

İcmal.Az

RƏYLƏR