“Azər Türk Bank” yüksək mükafatlara layiq görüldü

OXUNUB: 685 İQTİSADİYYAT

"Bankçılıq Mükafatları 2017” tədbiri zamanı Azərbaycan Banklar Assosiasiyası (ABA) quruma üzv təşkilatları və tərəfdaşlarını mükafatlandırıb. Dövlət bankı "Azər Türk Bank” da mükafat alanlar sırasındadır.

İcmal.Az-ın xəbərinə görə, dekabrın 21-də ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.

Mükafatlandırma mərasimi zamanı Azərbaycan Banklar Assosiasiyası prezidenti Zakir Nuriyev qeyd edib ki, 2017-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də, təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. Bu işlərin reallaşdırılmasının ABA üzvlərinin aktiv dəstəyi, yaxından iştirakı və etimadı sayəsində mümkün olduğunu söyləyən Zakir Nuriyev bütün üzv-təşkilatlara və ABA-nın fəaliyyətinə dəstək verən hər kəsə təşəkkürünü bildirib.

ABA qeyd edilən istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ölkənin ən fəal banklarını seçib.

Belə ki, "Azər Türk Bank” il ərzində çoxsaylı layihələrin birbaşa təşkilatçısı və tərəfdaşı olması səbəbilə "Korporativ sosial məsuliyyət” və "Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyaları üzrə ilin ən fəal bankı olaraq mükafatlandırılıb.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən "Azər Türk Bank”ın səhmlərinin 75 faizi dövlətə məxsusdur. Daim yenilikçi və innovativ olan "Azər Türk Bank”ın bu cür layihələrə dəstək verməkdə niyyəti Korporativ Sosial Məsuliyyət anlayışını ölkədə bütün müəssisələr üçün bir çağırışa çevirmək, həmçinin gənclərin bilik və bacarıqlarını təkmilləşdirməkdə, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməsində onlara dəstək verməkdir.

İcmal.Az

RƏYLƏR