"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin əkin sahələrində yay şumu başa çatmaq üzrədir

OXUNUB: 801 İQTİSADİYYAT
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin bütün regional təsərrüfatlarında 4000 hektara yaxın əkin sahəsində yay şumu artıq başa çatmaq üzrədir.  

Yay şumunun aparılması payız əkinində məhsuldarlığın 10-20% artmasına səbəb olur. Eyni zamanda, torpaqdakı nəm və qida maddələrinin bitkilər üçün əlçatan bir formada ən yaxşı şəkildə toplanmasına imkan verir.

Gələcəkdə məhsuldarlığın qənaətbəxş olması üçün aqrotexniki qaydalara uyğun torpağın tərkibinin analizi və analizin nəticələrinə müvafiq gübrələnməsi, disklənməsi, malalanması və növbəli əkin qaydalarına əməl edilməsi nəzərdə tutulur. Bunun üçün şumlanmış ərazilərin bir hissəsi dinc saxlanılacaq, bir hissəsində isə fərqli məhsullar əkiləcək.

Məhsuldarlığın yüksək olması üçün keyfiyyətli toxumları əldə etmək məqsədilə bir sıra tanınmış toxumçuluq təşkilatları ilə danışıqlar aparılır.
 
 

 
İcmal.Az

RƏYLƏR