"Azəravtoyol"dan daha bir vəhşilik: 2 İLDİR XƏSTƏLƏRƏ BELƏ ZÜLM EDİLİR + FOTOFAKT

OXUNUB: 966 Özəl Seçilmiş Önəmli
Bakının Mərkəzi Neftçilər Xəstəxanasının qarşısındakı yeraltı keçiddə eskolatorlar artıq 2 ilə yaxındır ki, işləmir.

Eskolatorla aşağı düşmək mümkün olsa da, qalxmaq üçün pilləkənlərdən istifadə etməlisən. Bu isə yaşlı insanların, xüsusən də müalicəyə gəlmiş xəstələrin gediş-gəlişində böyük çətinlik yaradır.
Onlar məsələ ilə əlaqədar müvafiq qurumlara məlumat versələr də, problem hələ də öz həllini tapmayıb.

Qeyd edək ki, eyni problemlə şəhərin digər yeraltı keçidlərində, o cümlədən Yusif Səfərov küçəsində və Heydər Əliyev Sarayının qarşısındakı keçidlərdə rastlaşmaq mümkündür./qaynarinfo
 



İcmal.Az

RƏYLƏR