“Azəravtoyol”dan pulunu ala bilməyən məcburi köçkün aclıq aksiyasına başlayıb

OXUNUB: 775 GÜNDƏM İQTİSADİYYAT

"Azəravtoyol”un 8 saylı xüsusi təyinatlı yol istismar idarəsindən qalıq pulunu ala bilməyən Cəbrayıl rayonundan məcburi köçkün, baş usta Məhəmmədov Qalib Yusif oğlu aclıq aksiyasına başlayıb. Məcburi köçkün bu barədə İqtisadiyyat.Az-a ünvanladığı şikayət məktubunda bildirib. Şikayətçinin sözlərinə görə, 2014-cü il martın 29-da 10-15 nəfərlə birgə "Azəravtoyol”un 8 saylı xüsusi təyinatlı yol istismar idarəsinə işə düzəliblər. Sonuncu işlədikləri layihə "Sovetski”də yollara baryur daşı vurmaq olub. Hissə-hissə əvvəlki pullarını alsalar da, həmin layihənin pulunu ala bilməyiblər. Fevralın 5-i məvacibi tələb etdikdə kobud şəkildə təhqir olunaraq, işdən qovulublar. Buna görə də Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun, baş nazirin müavini Hacıbala Abutalıbovun, Əli Əhmədovun, Əli Həsənovun, Milli Məclisin vitse-spitkeri Bahar Muradovanın, deputat Hadı Rəcəblinin qəbulunda olub. Bütün bunlara baxmayaraq, şikayətçinin problemi həll olunmayıb, əksinə idarənin rəhbər şəxsləri- Əliheybət Şirinov və Ramin Şirinov tərəfindən özünə qarşı təzyiqlər daha da artıb. Onun sözlərinə görə, hətta deputatın baş məsləhətçisi də onu təhqir edib. Qalib Məhəmmədov adı çəkilən idarə ilə əmək müqaviləsi olmadan işləyib. Bir neçə dəfə müqavilə tələb etsələr də, "siz bizə yaxın adamlarsız, iş getsin müqavilə bağlayarıq” cavabı alıblar. Qalıq pulunun olması haqqında kağızı isə idarənin rəsi müavini Yuris Hüseynov özü şəxsən imzalayıb.

Şikayət ilə bağlı "AAYDA”nın mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında məsələ ilə konkret cavab verə bilməyəcəyini deyib: "Vətəndaş əmək müqaviləsi olmadan işlədiyini bildirir. Yəni, ortada "Azəravtoyol”un araşdıracağı bir faktiki sənəd yoxdur. Buna görə də məsələyə məhkəmə baxmalıdır və öz yekun qərarını bildirməlidir”.

İcmal.Az

RƏYLƏR