“Azəravtoyol”un işçisi “Sovetski”də faciəvi şəkildə ölüb

OXUNUB: 1598 Seçilmiş Önəmli Özəl HADİSƏ

"Azəravtoyol” ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.

İCMAL.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Bakının Yasamal rayonunda, "Sovetski” kimi tanınan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.

RƏYLƏR