Azərbaycan 2018-ci il üzrə İqtisadi Azadlıq İndeksində mövqeyini yaxşılaşdırıb

OXUNUB: 517 SOSİAL

Azərbaycan Amerikanın tanınmış "The Heritage Foundation" analitik mərkəzinin tərtib etdiyi 2018-ci il üzrə İqtisadi Azadlıq İndeksində mövqeyini yaxşılaşdırıb.

Yeni tərtib olunmuş indeksdə Azərbaycan 64,3 bal toplamaqla (il üzrə 0,7 bal daha yaxşı) 173 ölkə arasında 67-ci yeri tutub.

İndeksdə bildirilir ki, Azərbaycan "azad biznes", "azad ticarət", "əmlak hüququ" və digər kateqoriyalar üzrə mövqelərini yaxşılaşdırıb.

Daha sonra yeni indeksdə qeyd olunur ki, Asiya-Sakit okean regionunda isə Azərbaycan 43 ölkə arasında 14-cü yeri tutub.

"The Heritage Foundation" ekspertləri bildirirlər ki, Azərbaycanın qazandığı orta bal region üzrə orta bal göstəricisini üstələyir. /trend

İcmal.Az

RƏYLƏR