Azərbaycan 57-ci Venesiya Biennalesində təmsil olunur

OXUNUB: 21 MƏDƏNİYYƏT

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 57-ci Venesiya Biennalesi– Beynəlxalq İncəsənət Sərgisində iştirak edir. 

Fonddan İcmal.Az-a daxil olan xəbərə görə, "Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyonda Azərbaycanın multikultual ənənələri, etnik-mədəni müxtəlifliyi və tolerantlığı əksini tapıb.

Sərgidə "Hypnotica” Vizual Performans Qrupunun videomappinq və  installyasiya kimi interaktiv media layihələri, gənc rəssam Elvin Nəbizadənin işləri nümayiş olunur. Müəlliflər Azərbaycanda ənənəvi analoq və müasir rəqəmsal incəsənətin sintezindən yaranan incəsənəti təqdim edirlər. Müxtəlif materiallarla işləyən sənətkarlar bəşəriyyəti birgə yaşamaq mədəniyyəti haqqında düşünməyə çağırır. Sərginin kuratoru Viktoria və Albert Muzeyinin keçmiş direktoru, professor Martin Rotdur. (Martin Roth)

Xatırladaq ki, Venesiya Biennalesi  müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir. 

 




İcmal.Az

RƏYLƏR