Azərbaycan Alpaqut Federasiyası ilin ən yaxşısı seçilib.

OXUNUB: 29 İDMAN
Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində 2017-ci ilin idman yekunlarına görə, "Olimpnews.az” saytının ənənəvi sorğusuna əsasən qalib elan edilən şəxslərin mükafatlandırma mərasimi olub. SİA xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan Alpaqut Federasiyası (AAF) qeyri-olimpiya idman növü üzrə "İlin ən yaxşı federasiyası” mükafatının qalibi seçilib. Mükafat və diplom AAF-ın prezidenti Aqil Acalova təqdim olunub.Qeyd edək ki, AAF yarandığı gündən hazırkı dövrə qədər Alpaqut döyüş sənətinə aid olan yarışlarla yanaşı, bir çox xeyriyyəçilik və sosial aksiyalar həyata reallaşdırıb. Belə ki, öncəki illərdə olduğu kimi, 2017-ci ildə də bu ənənə uğurla davam etdirilib, federasiya tərəfindən bir sıra mühüm tədbirlər planı həyata keçirilib.
Federasiya il ərzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlə yanaşı, Respublika çempionatı, Azərbaycan Kuboku, Qarabağ şəhidlərinin, eləcə də xalq qəhrəmanı Soltan bəy Soltanovun və digər xalq qəhrəmanların xatirələrinə həsr olunmuş turnirlər, o cümlədən, mütəmadi şəkildə bölgələrdə Respublika seminarları keçirərək, ölkə idmanının inkişafına öz töhfələrini verib.
Alpaqut Federasiyasının rəhbərliyi qarşıdan gələn 2018-ci ildə də uğurlu fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoyub.
 
 
İcmal.Az

RƏYLƏR