Azərbaycan AŞPA-nın yanvar ssesiyasına yenilənmiş tərkibdə qatılacaq

OXUNUB: 588 SİYASƏT

Avropa Şurası Parlament Assambleyasında yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək.

Milli Məclisdən İcmal.Az-a verilən xəbərə görə, bu barədə Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

"Təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaq. Bu, AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir. Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil edilib.Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcək”-deyə, məlumatda bildirilib.

İcmal.Az

RƏYLƏR