Azərbaycan banklarının kartları ilə xaricdə taksiyə ödənişdə əlavə pul tutulacaq?

OXUNUB: 634 İQTİSADİYYAT

Azərbaycan banklarına məxsus plastika kartlarla ölkə xaricində taksi xidmətindən istifadə edənlər 18%-lik əlavə dəyər vergisi (ƏDV) ödəməyəcək.

İcmal.Az xəbər verir ki, "Report”un əldə etdiyi məlumata görə, bu halda kart hesabından vəsait xarici valyutada çıxdığı üçün həmin ödəniş vergiyə cəlb olunmayacaq.

Yəni, yalnız ölkə daxilində, Azərbaycan manatı ilə taksi xidmətini ödəyənlər əlavə 18% xərcə düşməli olacaqlar.

Xatırladaq ki, Azərbaycanda UBER, "Taxify” və s. xarici taksi şirkətlərinə ödənişlər dekabrın 1-dən ƏDV-yə cəlb ediləcək. Bununla belə, xarici bankların kartları ilə ödəniş edənlərdən bu vergini tutmaq texniki baxımdan mümkün olmayacaq.

İcmal.Az

RƏYLƏR