Azərbaycan bu zavoddan illik 800 milyon dollar gəlir götürə bilər

OXUNUB: 891 İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyatının Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən tikilən "Star" neft emalı zavodunun fəaliyyətindən illik gəliri işə düşdükdən sonrakı beş il ərzində 600 milyon dollardan çox təşkil edəcək.

 Bunu Neftçilər gününə həsr olunmuş tədbirdə çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, növbəti on il ərzində isə gəlirlər 800 milyon dollardan çox olacaq.

 

SOCAR prezidenti deyib: "Zavodun tikintisi 2018-ci ilin ikinci yarısında başa çatacaq. Zavod ilk növbədə Türkiyənin

"Petkim" negt-kimya kompleksini nafta ilə təchiz edəcək"./trend

 

İcmal.Az

RƏYLƏR