Azərbaycan cüdoçusu FİNALDA

OXUNUB: 960 İDMAN
Azərbaycanın cüdoçusu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda finala çıxıb.

İcmal.Az Trend-ə istindən xəbər verir ki, finala vəsiqə qazanan idmançımız Aişə Qurbanlı 48 kq çəki dərəcəsində yarımfinalda iordaniyalı cüdoçu Aiah Kitaneh ilə qarşılaşıb.

İdmançımız rəqibi üzərində qələbə qazanaraq finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR