Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə qızıl medal qazanıb

OXUNUB: 961 İDMAN

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə İslamiadanın qızıl medalını qazanıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, 66 kq. çəki dərəcəsində çıxış edən cüdoçu finalda Əlcəzairdən olan rəqibi Houd Zurdanini 45 saniyəyə ipponla məğlub edib.

O finala gedən yolda - 1/4 finalda Eysa Majraşi (Səudiyyə Ərəbistanı) və 1/2 finalda Alireza Xojastidən (İran) üstün olub. 

Mükafatlandırma mərasimində idmançımıza qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

 

İcmal.Az

RƏYLƏR