"Azərbaycan daha irimiqyaslı yarışları təşkil etməyə qadirdir"

OXUNUB: 848 İDMAN
"Azərbaycan daha irimiqyaslı idman yarışları təşkil etməyə qadirdir".

İcmal.Az bildirir ki, bunu Trend-ə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Olimpiya Komitəsinin katibi Davud əl-Haciri deyib.

Onun sözlərinə görə, Azərbaycandakı idman arenaları möhtəşəmdir:

"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi çox gözəl, valehedici oldu. Əminəm ki, əksər ölkələr Azərbaycanla idman sahəsində əməkdaşlıq edəcəklər".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR