Azərbaycan diaspor rəhbərinin oğlu bədbəxt hadisə nəticəsində öldü

OXUNUB: 646 HADİSƏ

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.

 

Diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

 

Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır./apa

 

İcmal.Az

RƏYLƏR