Azərbaycan dilində ifa edən iştirakçını seçmədi, PEŞMAN OLDU – VİDEO

OXUNUB: 983 ŞOU-BİZNES

Dünən gecə "O ses Türkiye” yarışmasının növbəti seçim turu keçirilib.

 İstanbuldan yarışmaya qatılan Sedef Çintemur adlı iştirakçı "Əziz dostum” adlı Azərbaycan mahnısını ifa edib. Yaddaş problemi olan ifaçı səhnəyə sözlərin yazıldığı vərəqlərlə çıxıb. İfanın sonunda ona heç bir münsif dönməyib.

Beynində şiş olduğu üçün yaddaşının yerində olmadığını deyən Sedefin sözlərindən sonra münsiflər peşmanlıq hissi yaşayıb. Hadise "Kaş ki, əvvəlcədən biləydik və dönərdik. Sənə yaxşı motivasiya olardı” deyərək peşmanlığını dilə gətirib./publika

İcmal.Az

RƏYLƏR