Azərbaycan diplomatiyasının uğuru, erməni təxribatının fiaskosu - ALLAHVERDİ NADİROĞLUNUN ŞƏRHİ - VİDEO

OXUNUB: 12669 KÖŞƏ Özəl DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ AZƏRBAYCAN SİYASƏT TƏHLİL
2019-cu il olduqca mühüm hadisələrlə yadda qaldı. Azərbaycanın siyasi, iqtisadi həyatında nəzərəcarpacaq dərəcədə dəyişikliklər baş verdi. Bütün bu müsbət impulslar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də qeydə alındı. Prezident İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi faktlar işğalçı ölkənin baş nazirini küncə dirədi. N.Paşinyan ard-arda səsləndirdiyi bəyanatları ilə öz yalanını ifşa etdi. 
 
 
N.PAŞİNYANIN TƏƏCCÜB VƏ TƏƏSSÜF DOĞURAN BƏYANTLARI
Paşinyan əvvəlcə "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır, Dağlıq Qarabağ "müstəqil dövlətdir” və Ermənistan bu dırnaqarası müstəqil dövlətin işlərinə qarışa bilmir” ifadəsini işlətdi. Ermənistanın baş naziri bir müddət sonra isə "Qarabağ Ermənistandır və nöqtə” ifadəsini səsləndirdi. Paşinyanın ziddiyyətli və bir-birini təkzib edən bəyanatları nəyin ki, ermənilərin özlərini hətta onlara havadarlıq edən, ermənilərin işğalçılıq faktını bilib lakin susanları belə təəccübləndirdi. Nikol istəmədən belə öz çıxışı ilə məkirli niyyətlərini üzə çıxardı.

Birincisi bu, əvvəlki tezisi tam təkzib edir. İkincisi dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu sübüt edəcək kifayət qədər tarixi sənədlər və faktlar var. Dağlıq Qarabağın "müstəqil dövlətdir” bəynatına gəldikdə isə hamıya bəllidir ki, bu gün Dağlıq Qarabağda yerləşən hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından təşkil edilir. Hər il Ermənistan büdcəsindən Dağlıq Qarabağ büdcəsinə böyük vəsait transfer edilir. Ona görə buna müstəqil dövlət demək absurddur.  Rəsmi Yerevanın məqsədi aydındır: danışıqları prosessini uzatmaq.
 
PREZİDENTİN İNAMLI CAVABI PAŞİNYANI YERİNƏ OTUZDURDU 
 
Təbii ki, Rəsmi Bakının cavabı özünü çox gözlətmədi. Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Paşinyanda soyuq düş effektini yaratdı. Dövlət başçısı bununla  qarşı tərəfə və reallıqlara göz yumanlara bəyan etdi ki, həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Prezident İlham Əliyev Ermənistanın işğalçı ölkə olduğunu hər kəsə bəyan etdi. 
 
DİPLOMATİYAMIZIN uğuru, erməni TƏXRİBATININ fiaskosu
Ümumilikdə götürsək etiraf etməliyik ki, 2019-cu il Dağlıq Qarabağ danışıqları üçün itirilmiş il olub. Buna səbəb Ermənistan rəhbərliyinin danışıqlarda sərgilədiyi qeyri-konstruktiv mövqe və beynəlxalq vasitəçilərin işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərməməsidir. Lakin bütün bunlara baxmayaraq Rəsmi Bakının haqqlı və qəttiyyətli cavabı onların vəziyyəti öz xeyirlərinə dəyişmək cəhdlərini puç etdi. İşğalıçı ölkənin təxribat xarakterli cəhdlərinə baxmayaraq danışıqlar formatı dəyişməz olaraq qaldı. Bu yola saldığımız ildə qeydə alınan ən önəmli hadisələrdən biridir və bunu diplomatiyamızın uğuru kimi də dəyərləndirmək olar. 

Əminəm ki, 2020-ci il Azərbaycan üçün daha düşərli və uğurlu olacaq. Azərbaycan  ərazi bütövlüyünü bərpa edəcək və öz yurd-yuvasından didərgin düşən  1 milyondan çox həmyerlimiz öz ev-eşiyinə qayıdacaq. Bunu realaşdırmaq üçün həm güclü dimplomatiyamız, həm də güclü ordumuz var. 
 
ALLAHVERDİ NADİROĞLU

RƏYLƏR