Azərbaycan dollardan imtina edə bilərmi? - SAMİR ƏLİYEV AÇIQLAYIR

OXUNUB: 680 İQTİSADİYYAT
Son günlər lirənin, rublun və tümənin (rial) dollar qarşısında kəskin ucuzlaşması müşahidə olunur. Hazırda Türkiyə, Rusiya Çin və İran kimi qüdrətli dövlətlər dollardan imtinaya başlayıblar. Bəs devalvasiyalardan əziyyət çəkən Azərbaycan da dollardan imtina kampaniyasına qoşula bilərmi? Dollardan imtina Azərbaycana nə verə bilər?
 
Vəziyyəti BNEWS.az-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev dollardan imtina məsələsinin xeyli müddətdir ki, gündəmdə olduğunu bildirib: "Başda Çin, Rusiya olmaqla bir sıra ölkələr dollardan qurtulmağa çalışır. Ancaq istədikləri nəticəyə nail ola bilmirlər. Çünki bu - Türkiyə, Rusiya Çin və İran kimi ölkələrin dünya ticarət dövriyyəsində payı böyük deyil, cüzidir. Sözügedən ölkələrin dollardan imtinası ümumilikdə dollara elə də ciddi təsir göstərmir. Bugün dünyada ticarət əməliyyatlarının təxminən 80-85% , valyuta ehtiyyatlarının isə 60-70 % dolların payına düşür. Hazırda dolların alternativi yoxdu. Çünki dolların arxasında Amerika iqtisadiyyatı dayanır. Burada söhbət hərbi gücdən getmir. Amerika dünyanın ən böyük iqtisadiyyatına və ən çox qızılı ehtiyyatına malik ölkədir. Eyni zamanda dünyaya yeni texnologiyaların böyük bir hissəsi Amerika tərəfindən ixrac edilir. Dollardan sonra dünyada ticarət əməliyyatları avro ilə həyata keçirlir. Avronun arxasında isə Avropa iqtisadiyyatı durur. Hazırda dünya ölkələrinin dollardan qurtulmaq imkanları yoxdur”.

Samir Əliyevin sözlərinə görə, Azərbaycan dollardan imtina kampaniyasına qoşula bilməz: "Çünki ticarət əməliyyatlarının böyük bir hissəsi dollarla aparılır. Belə ki, Azərbaycan əsasən dollar qarşılığında dünya bazarına neft və qaz ixracı edir, eləcə də bəzi məhsulların idxalını da dollarla həyata keçirir. Ona görə də Azərbaycan dollardan imtina edə bilməz. Azərbaycan idxaldan asılı ölkədir. Manatın arxasında isə Azərbaycan iqtisadiyyatı durur. Manat digər ölkələr üçün aparıcı sərbəst dönər valyutası deyil”.
 
İcmal.Az

RƏYLƏR