Azərbaycan Gənc Sahibkarlar Klubunun layihəsi çərçivəsində iş adamları ilə görüş keçirilib

OXUNUB: 129 QHT
Azərbaycan Gənc Sahibkarlar Klubu "Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli" mövzusunda layihəsini uğurla davam etdirir. Bu kontekstdə
Klubun koordinatoru Anar Sarıyev 18 Yanvar tarixində qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində bir qrup iş adamı ilə  görüşlər keçirib. Qardaş ölkənin iş adamları ilə müzakirələr zamanı  
gələcək lahiyələr, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi inkişaf və infrastruktur layihələrinin həyata keçirilməsindən bəhs edilib. İş adamlarının təklifləri ilə tanış olan Anar Sarıyev mövzu ilə əlaqədar öz fikirlərini diqqətə çatdırıb.
Səfərin yekunları ilə bağlı açıqlamada bildirilir ki, səfər zamanı keçirilən görüşlərdə Türkiyədə fəaliyyət göstərən iş adamları ölkəmizin  Qarabağın  işğaldan sonraki iqtisadi inkişaf proseslərində yaxından iştirak etməyə  maraqlıdırlar və onlar sosial lahiyələrdə dəstək göstərməyə hazırdırlar.
Görüşlərə zamanı  vurğulamışdır ki, qısa müddətdə ərzində  Qarabağın ən müasir standartlara uyğun şəkildə yenidən qurulması prosesi həyata keçiriləcək və bölgə regionda yeni sosial-iqtisadi inkişafı mərkəzinə çevriləcəkdir. 
Lahiyənin davamlılığı məqsədi ilə mövzu ətrafında televiziya kanalarında verilişlərdə iştirak nəzərdə tutulmuşdur.
 
 

RƏYLƏR