Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının “Sosial Elmlər Klubu” yenidən fəaliyyətə başlayıb

OXUNUB: 944 QHT

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdindəki "Sosial Elmlər Klubu”nun (SEK-2) yenidən fəaliyyətə başlaması istiqamətində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüş keçirilib.

AGAT-dan İCMAL.az-a bildiriblər ki, tədbirdə təşkilatın sədri Lalə Mehdiyeva və fakültənin nəzdində fəaliyyət göstərən "Gənc Jurnalistlər Klubu”nun əlaqələndiricisi Günel İsgəndər tələbələrə AGAT və SEK-2 ilə bağlı ətraflı məlumat veriblər. Görüş zamanı təşkilatın və klubun fəaliyyəti, nəzərdə tutulan tədbirlər, eləcə də gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, uğurlu dövlət gənclər siyasəti nəticəsində əldə edilən nailiyyətlər və digər mövzularda söhbət açılıb.

Maraqlı diskussiya şəraitində keçən tədbirdə tələbələrin sualları cavablandırılıb.

"Sosial Elmlər Klubu” 2011-ci ildə AGAT-ın nəzdində yaradılıb. Klubun məqsədi aktual mövzularda elmi tədqiqatların aparılması üçün tələbələr arasında təcrübə və informasiya mübadiləsinin, müzakirələrin təşkilidir. Eyni zamanda, ictimai-siyasi mövzularda təklif və ideyaların hazırlanıb aidiyyəti qurumlara təqdim olunması da klubun əsas hədəflərindəndir.

RƏYLƏR