Azərbaycan gimnastı dünya çempionu oldu – VİDEO

OXUNUB: 709 DÜNYA

Azərbaycan yarışda 5 idmançı ilə təmsil olunur.

Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilir.

İcmal.Az Report-a istinadən xəbər verir ki, kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır.

Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkinbütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.

Respublika yarışda 5 idmançı ilə təmsil olunur. Turnirin son günü, noyabrın 19-da, daha iki idmançımız - 12 yaşlı Adil Hacızadə və 11 yaşlı Zeynəb Qasımlı yarışa qoşulacaqlar.

İcmal.Az

RƏYLƏR