Azərbaycan gimnastından daha bir medal

OXUNUB: 909 İDMAN
Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan gimnastı Yekaterina Tişkova müxtəlif hündürlüklü qollarda gümüş medal qazanıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, onun nəticəsi 12.400 xal olub.

Qızıl medalı 12.750 xal nəticə ilə Türkiyə təmsilçisi Demet Mutlu qazanıb. Bürünc medalı da 11.900 xal nəticəsi olan Türkiyə təmsilçisi Ekin Morova qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR