"Azərbaycan inamlı çıxış edəcək" - Almaniya millisinin baş məşqçisi

OXUNUB: 776 İDMAN

Azərbaycan evdə oynayacağı üçün daha inamlı çıxış edəcək. Ancaq biz İrlandiyadan geri qalmamaq üçün mütləq iki qələbə qazanmalıyıq. Əgər oyun planımızı həyata keçirə bilsək, qalib gələcəyik.

Bu sözləri Almaniyanın U-21 millisinin baş məşqçisi Ştefan Kunt Avro-2019-un seçmə mərhələsində  yığmamızla oyun öncəsi "Kicker"ə deyib.

O, komandadakı zədəli futbolçuların çoxluğundan gileylənib. Bildirib ki, 5 aparıcı futbolçudan 4-nün oynamaması komandaya çətinlik yaradacaq.

Qeyd edək ki, Almaniya millisində Jonatan Tah,  Benyamin Henriks, Feliks Platte zədəli,  Feliks Uduokay, Dennnis Qayqer isə xəstədir.

 

Əlavə edək ki, Azərbaycan - Almaniya görüşü bu gün saat 18:00-da başlayacaq.milli

İcmal.Az

RƏYLƏR