Azərbaycan İranla İsraili barışdıra bilərmi? – ŞƏRH

OXUNUB: 565 SİYASƏT

Azərbaycan həm İsrail, həm İranla yaxşı münasibətlər qurub və Bakı bu ölkələr arasında müharibənin olmasını istəmir. 

Bu sözləri İcmal.Az-a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə İranla İsrail arasındakı müharibə və Bakının iki ölkə arasındakı gərginliyi azaltmaq üçün vasitəçi kimi çıxış etmə ehtimallarını şərh edərkən deyib. 

Bundan əvvəl, İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, İsrail münaqişə bahasına başa gəlsə də, İranın təcavüzkar siyasətini dayandırmaqda qərarlıdır. 

"Təəssüf ki, bu, İranla İsrail arasında ilk belə hadisə deyil. Amma siyasi reallıq və praktika göstərir ki, hər dəfə tərəflər birbaşa qarşıdurmadan qorunurdular. Düşünmürəm ki, bu dəfə hər şey fərqli ssenari üzrə gedəcək”, - politoloq deyib. 

"Eyni zamanda, düşünmək lazımdır ki, belə müharibə ritorikaları regionda münaqişə səviyyəsininin azalmasına kömək etmir. Bu da qonşu dövlətləri narahat edir”, - o bildirib. 

Bakının bu məsələdə vasitəçiliyi məsələsinə gəlincə, ekspertin fikrincə, bu, hər iki dövlətin rəsmi müraciətindən sonra mümkündür. 

O hesab edir ki, bu vəziyyətdə hansısa müraciətdən danışmaq çətindir. 

"İran Suriya deyil, onunla müharibənin miqyası daha geniş olacaq. İranla müharibə maraqları olan ölkələr arasında Rusiya da ola bilər.

Ona görə də bu gün çətin ki, hansısa tərəf, həqiqətən, müharibə istəsin”, - ekspert əlavə edib.

İcmal.Az

RƏYLƏR