“Azərbaycan İslam həmrəyliyinin qarantıdır” mövzusunda tədbir keçirilib

OXUNUB: 1025 QHT

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Azərbaycan İslam həmrəyliyinin qarantıdır” mövzusunda tədbir keçirilmişdir. Layihə rəhbəri Rauf Həsənovun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan tədbirdə Fondun məsul əməkdaşı Emil Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Şəmsi Gülverdiyev və Peşə Təhsil Mərkəzinin kollektivi iştirak etmişdir. Tədbirdə layihənin aktuallığı, Azərbaycanda tolerantlıq, milli- mənəvi dəyərlərin və vətənpərvərlik nümunəsinin təbliği istiqamətində gənclərin rolu, dövlət- din münasibətləri kimi mövzularda məruzələr dinlənilmişdir. Çıxışlardan sonra layihə çərçivəsində hazırlanan video-çarx nümayiş olunmuş və tədbir iştirakçılarına Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanan çap materialları gənclərə paylanılmışdır.

RƏYLƏR