Azərbaycan karateçiləri İslamiadada yarımfinala çıxıblar

OXUNUB: 928 İDMAN

İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlarda Azərbaycan idmançıları Asiman Qurbanlı və Ayxan Mamayev yarımfinala çıxıblar.

 84 kiloqramdan yuxarı çəki üzrə mübarizə aparan Asiman Qurbanlı pakistanlı Məhəmməd Ramzana 5:1 hesabı ilə qalib gəlib.

Ayxan Mamayev (84 kq-a qədər) əlcəzairli karateçi Muad Açaçini 5:3 hesabı ilə məğlub edib.

 
 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./trend

 

İcmal.Az

RƏYLƏR