“Azərbaycan Könüllülərinin İnkişaf Proqramının” ilk təlimlərinə start verilib

OXUNUB: 268 QHT SOSİAL
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə könüllülərin fərdi və peşəkar inkişafının təmin olunması, müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması, idarəetmə potensiallarının təkmilləşdirilməsi, karyera quruculuğunun və kadr ehtiyatının formalaşdırılmasına dəstək məqsədilə keçirilən "Azərbaycan Könüllülərinin İnkişaf Proqramının” ilk təlimi baş tutub.
Təlimdən öncə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev nitqində ölkəmizdə ilk dəfə keçiriləcək proqram haqqında ətraflı məlumat verib və uğurlar diləyib. Daha sonra Fidan Əzimlinin təqdimatında "Psixoloji hazırlıq” modulu çərçivəsində "Mən kiməm?” adlı ilk təlim baş tutub. İştirakçılar təlimi dinləyib, müxtəlif komanda işləri görüb və onları maraqlandıran suallara cavab tapıblar.
Üç ay müddətində davam edəcək proqrama müxtəlif qurumlarda fəaliyyət göstərən otuz könüllü iştirak haqqı qazanıb. Proqram çərçivəsində könüllülərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların asudə vaxtının faydalı təşkili, öz ixtisaslarından əlavə müxtəlif peşə sahələri və istiqamətlər haqqında yeni biliklərə yiyələnməsi, dövlət strukturlarında iş prinsipinin mənimsənməsi, təşkilati idarəetmə, liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, proqram "Psixoloji hazırlıq” təlimləri ilə yanaşı "Fərdi inkişaf”, "Karyera planlaması”, "Layihələrin idarə olunması”, "Kargüzarlıq”, "Emosianal zəka”, "Marketing”, "Könüllülük” və bu kimi mövzuları əhatə edəcək təlim və təcrübə modullarından ibarət olacaq. Modulları uğurla başa vurub praktiki sessiyalarda və imtahanlarda yüksək nəticə göstərən iştirakçılar xüsusi sertifikat və hədiyyələrlə təltif olunacaq, eləcə də növbəti mərhələdə karyera inkişafı istiqamətində dəstək göstəriləcək.
No description available.
No description available.
No description available.
No description available.

RƏYLƏR