Azərbaycan millisinin rusiyalı gözəli - FOTO

OXUNUB: 1175 İDMAN

Həndbol üzrə Azərbaycan yığmasında kütləvi milliləşdirmə olub.

İcmal.Az apasport.az-a istinadən əbər verir ki, yeni heyətlə işə başlayan federasiya IV İslam Həmrəyliyi Oyunlarında uğur qazanmaq üçün qadınlardan ibarət komandalarımıza müxtəlif ölkələrdən oyunçu cəlb ediblər.

Bununla, gənc və perspektivli həndbolçularımız üçün yeni açılan "qapı"ların hamısı bağlanıb. Qurum mayın 12-22-də təşkil olunacaq yarış üçün 14 həndbolçu sifariş edib ki, onlardan 9-u yeni "tapıntıdır". Daha doğrusu, ölkələrinə lazım olmayan və əsasən aşağı liqalarda çıxış etmiş oyunçulardır. Onlar arasında ABU-da legioner kimi oynayan 32 yaşlı ukraynalı Natalya Qayoviç, onun həmyerlisi 25 yaşlı Anastasiya Metelska və 26 yaşlı rusiyalı Oksana Orexova da var.

Yığmamızın digər yeni simaları isə hamısı rusiyalıdır. Bunlar Yekaterina Artamanova (28 yaş), İrina Klimenko (22), Mariya Raçitelyeva (24), Anna Burova (21) və Alla Çernişovadır. (20).

 

Heyətdə cəmi 5 oyunçu azarkeşlərimiz üçün tanışdır. Onlardan Səbinə Nuriyeva, İranə Qasımova, Marina Tankaskaya, Anna Həmidova və Sakinat Abasova Azərbaycan həndbolunun yetirməsidirsə, Yekaterina Peçe daha öncə milliləşən rusiyalıdır.

İcmal.Az

RƏYLƏR