Azərbaycan millisinin üzvü “Bursaspor”dan qovuldu

OXUNUB: 928 İDMAN

Türkiyə Superliqasının sonuncu turunda "Rizəspor”a 0:6 hesabı ilə uduzaraq şok yaşayan "Bursaspor” rəhbərliyi bir futbolçunu heyətdən kənarlaşdırıb. "Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin üzvü Dəniz Yılmaz "ağ yaşıl” komandadan müddətsiz olaraq uzaqlaşdırılıb. 

Bu mövsüm gözlənilənləri verməyən forvard Rizə səfərinə yollanmaqdan imtina etdiyi üçün baş məşqçi Adnan Örnek tərəfindən qovulub. 

Qeyd edək ki, Dəniz Yılmaz ikinci dəfə komandadan qovulur. O, Mutlu Topçunun zamanında da heyətdən uzaqlaşdırılmışdı. 

 

İcmal.Az

RƏYLƏR