Azərbaycan OPEC+ üzrə bütün öhdəlikləri yerinə yetirib

OXUNUB: 692 İQTİSADİYYAT

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirib ki, Azərbaycan 2017-ci ildə OPEC+ razılaşması çərçivəsində götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

Z.Əliyeva əlavə edib ki, Azərbaycan dekabr ayında OPEC-in monitorinq komitəsinə gündəlik neft hasilatı (810 min barel) barədə məlumatları təqdim edib.

Əliyeva Azərbaycanın neft hasilatının ixtisarı ilə bağlı götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirdiyini vurğulayıb./oxu

 İcmal.Az

RƏYLƏR