Azərbaycan ordusu möhtəşəm parada hazırlaşır - VİDEO

OXUNUB: 282 SİYASƏT

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir.

Müdafiə Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir.

Hərbi parad iyunun 26-da Bakının "Azadlıq” meydanında keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

İcmal.Az

RƏYLƏR