Azərbaycan polisi Əli Kərimlini saxladı, elə onu “saxlayan”ların acığına...

OXUNUB: 556 SİYASƏT
Şəhidlərin ruhunu alçaltmağa cəhd göstərən Əli Kərimlinin iflasa uğrayan şousunun pərdəarxası və yaxud da əlamətdar günlərin qənimi

Əli Kərimlinin nümayiş etdirdiyi şouların ardı-arası kəsilmək bilmir. Əslində, bu şouların Kərimli tərəfindən nümayiş etdirilməsi normaldır. Adam havadarlarına hesabat verməyə məcburdur. Onu da başa düşmək lazımdır. Ki, adam havadarlarından aldığı qrantların əvəzini ödəməlidir. Bu ödənişlərin isə ölkədə ictimai asayişin pozulması hesabına həyata keçirilməsinin Əli Kərimlinin maliyyə mənbələrinin yanında imtiyazının artırılmasına yönəldiyi heç kimə sirr deyil.
Amma burada bir məqam diqqəti çəkir ki, xarici qüvvələrin Azərbaycanda əlaltıları hesab olunan bir qrup şəxs arzuolunmaz lideri niyə məhz əlamətdar günlərdə etiraz aksiyası keçirməyə cəhd göstərir?
Təbii ki, bu sualın cavabı Əli Kərimlini yaxından tanıyanlara tam dolğun və təfərrüatı ilə aydındır. Məqsədim onu tanımayanlara da bu sualın cavabını aşkar etməkdən ibarətdir. Deməli, adi günlərdə heç partiyasının üzvlərini belə bir araya toplamaq iradəsinə sahib ola bilməyən Əli Kərimli həyata keçirəcəyi şouda iştirakçıların sayını süni şəkildə çoxaltmaq üçün məhz əlamətdar günlərdə küçələrə axışır. Bu, onun çoxdankı hiyləsidir. Həm də ilk dəfə deyil. Adam bir müddət əvvəl də Şəhidlər Xiyabanında Qanlı Yanvar günü ziyarətə gələn azərbaycanlıların önündə durub foto çəkdirməsi sosial medianın gündəmini zəbt etmişdi. Sonra da bu fotoları havadarlarına göndərən Kərimli məllim missiyasını layiqincə həyata keçirdiyini bir daha sübut etmişdi. Yəni, adamın yalnız əlamətdar günlərdə etiraz aksiyası keçirmək cəhdi məhz çəkiləcək fotolarda insan izdihamının əks olunması məqsədi daşıyır.
Axı, adi günlərdə heç öz partiyasının üzvlərini bir araya toplaya bilməyən Əli məllim kimlərlə şəkil çəkdirsin?
Təbii ki, Əli Kərimli bu dəfə fotolar çəkdirməyə nail ola bilməsə də, əvvəlcədən hazırlanmış tərəfdaşları tərəfindən video-lentə alınıb. Polisin mindirdiyi ictimai nəqliyyatın içərisində lentə alınan Kərimlinin videosu yəqin ki, artıq havadarlarına göndərilib. Təsəvvür edirsiniz, həmin video "Əli Kərimli ictimai nəqliyyatda xalqın arasında” başlığı ilə xarici havadarlarına göndərilsə, heç təəccüblənmərəm.
Bu məsələlərdən əlavə, Əli Kərimli özlərinin adlandırdıqları "Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstərməsi ilə özünü növbəti dəfə yandırdı. Birincisi, icazəsiz olaraq mitinq keçirmək təbii ki, qanun pozuntusudur. İkincisi isə, 30 il bundan əvvəl ictimaiyyət Şəhidlər Xiyabanı ərazisinə toplaşmamışdı. Axı, şəhidlərin ruhunu alçaltmağa cəhd göstərmək ən böyük alçaqlıq deyilmi?
Məhz Azərbaycan polisinin operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində cəbhəçilərin ağalarının əmrini həyata keçirmək cəhdinin qarşısı alındı. İctimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin iştirakçıları Azərbaycan polisi tərəfindən şöbəyə aparıldı, ordan isə bəziləri avtobuslarla yola salındı. Hətta onların ictimai asayişi pozmalarına baxmayaraq polis onları qorudu və avtobuslara mindirib təhlükəsizliklərini təmin etdi. Təbii ki, təşkilatçılar saxlanıldı. Azərbaycan polisi Əli Kərimlini saxladı. Elə onu "saxlayan”ların acığına...

İcmal.Az

RƏYLƏR