Azərbaycan polisi peşə bayramını qeyd edir

OXUNUB: 780 SOSİAL

Ölkəmizin ilk daxili işlər naziri isə Fətəli Xan Xoyski olub.

Bu gün Azərbaycanda daxili işlər orqanları əməkdaşlarının peşə bayramıdır.

İcmal.Az xəbər verir ki, Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.

Ölkəmizin ilk daxili işlər naziri isə Fətəli Xan Xoyski olub. O, 1918-ci ilin mayın 28-dən iyunun 17-nə qədər bu vəzifəni icra edib.

1920-ci ilin aprelində bolşevik Rusiyası ölkəmizi işğal edir və Azərbaycanda sovet hakimiyyəti qurulur. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov təyin edilir.

Əvvəlki pristavları komissarlar əvəzləyir, polisin adı dəyişdirilərək milis adlandırılır.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra (1991-ci ilin 18 oktyabrı) Məhəmməd Əsədov ilk daxili işlər naziri olub.

1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Qarakənddə vertolyotun vurulması  nəticəsində ölənlər arasında Məhəmməd Əsədov da olub.

1994-cü ildən bu günədək isə Ramil Usubov Azərbaycanın daxili işlər naziri vəzifəsini icra edir.

1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

 

İcmal.Az

RƏYLƏR